Oğlanlar və ya qızlar.  Tematik bir tədbir təşkil etmək hansı üçün daha asandır?

Kişi və qadın arasındakı əbədi olan mübahisə tədbirlərdən də yan keçmədi.

Tam əhatəli bir tədbir təşkil etmək kim üçün daha asandır – oğlan üçün ya qız üçün?

Bu sualı komandamız arasında açaraq hər detalın, o cümlədən musiqi müşayiəti seçiminin də bütün tərəflərini mümkün qədər əhatə etməyə çalışdıq.

Və beləliklə, oğlanlar!

Çox səbirsiz və israrlıdırlar. Qızlardan fərqli olaraq, daha çox fəaliyyət, sonsuz oyunlar və diqqət istəyirlər.  Xüsusilə diqqət. :)

Aktiv və hər şeydən maraqlanan oğlanlar üçün komanda və quest oyunları bəlkə də uğurlu bir bayramın ən vacib atributudur.  Xüsusilə sirli və döyüşkən bir şeyə gəlincə.  Bu, şübhəsiz ki, heç kəsi laqeyd qoymayacaq və hər oğlanın ürəyincə olacaq.

Bəli,  cəsarətli dünyanıın ləzzətindən bəzən dekoratorların özlərindən də eşidirik. :)

Başqa necə ola bilərdi ki, hər bir oğlan özünü super qəhrəman hesab edir! Bizim üzərimizə düşən iş isə Supermen və Batman haqqında xəyalları reallaşdırmaqdır. Bu ən yaxşı doğum günü hədiyyəsi deyilmi?  Əlbəttə ki, ən yaxşısıdır!
Oğlanlar üçün ən önəmli xoşbəxtlik bu qəhrəmanların rollarını öz üzərində sınamaqdır. Xüsusilə sehrdən danışanda və milyonlarla oğlanın ürəyini qazanan Harry Potter.

Cəsur və şən!  Dəniz və okeanların, internet şəbəkələrinin və cəngəlliklərin Lordları.  Piratlar, robotlar, dinozavrların və padşahların varlığının şahidləri.

Bir şeyi əminliklə deyə bilərik – bu tədbirin mövzusu nə olursa olsun, oğlan həmişə atmosferə uyğunlaşmağı, eyni zamanda isə bir qəhrəmanın geyimini sınamağı hər zaman istəyər!

Kim bilir, amma bəlkə bizim şəhərimizdə həqiqətən öz super qəhrəmanımız var?  ;)

Qızlar!

Onlar həmişə krallıqları və nağıl şahzadələrini xəyal edirlər. Onların saç düzümlərində dəbdəbəli tac, ayaqlarında kristaldan düzəlmiş ayaqqabılar və bütün bunları tamamlayan gözəl bir don.

Kövrək qızlar poniyalarından və Disney cizgi filmlərinin müsbət personajlarından ilhamlanırlar. Mickey Mouse, Teddy Bear ve Peppa Donuzunu qucaqlayirlar. Gözəl və incə qanadlı Feyalara və sehrli çubuqlara heyran olurlar.

Əllərindəki dondurma ilə uzun müddət sevinclə qaçacaqlar, ancaq əriyəndə dəlicəsinə üzüləcəklər.

Onları, bütün xanımların ürəyinin sevimli ləzzəti olan şokoladla və şəkər pambığı ilə fəth etmək olar.

Parlaq və kövrək qızlar yumşaq və gözəl hədiyyələri sevirlər. Qəşəng, qüsursuz və dəblidirlər ancaq bəzi zamanlarda isə sərtdirlər.

Şübhəsiz ki, onlardan bizim super qəhrəmanımızın qəlbini fəth edəcək kraliça böyüyəcəkdir.

Beləliklə, hansı nəticəyə gəldik?

Qızlar və oğlanların eyni dərəcədə sevimli, maraqlı və cəlbedici insanlar olduqlarının qənaətinə gəldik!  Həm də onların şərəfinə olan tədbirlərin atmosferi eyni dərəcədə cəlbedicidir.

Sözün açığı – bəzən özümüz də orada qonaq olmaq istəyirik. :)

1606
1