Elit mətbəx – xəyal etdiyimiz mətbəxin dizaynı və dizaynı qaydaları

Hər bir xanım əminliklə deyə bilər ki,  mətbəx evin ürəyidir. Ancaq o ürəyin necə döyündüyü və mənzilin necə qidalanması birbaşa sizdən asılıdır!

Ləzzətli bir salat və ya masaya gözəl bir nahar hazırlamaq üçün mətbəxinizi elə quraşdırmalısınız ki, funksionallıqdan  əlavə, etdiyiniz iş sizi ilhamlandırsın və zövq versin.

Buna görə, sizə tövsiyəmiz budur – təmir etməmişdən öncə, görmək istədiyinizi vizual olaraq təsəvvür edin. İlk öncə təmirin planlaşdırılması zamanı əsas məqamları düşünün, sonra isə sizin fantaziyanız qalan xırda detalları tamamlayacaqdır.

Yeri gəlmişkən, erqoekonomika bu işdə sizə kömək edəcəkdir. Bu, dizaynda insan ilə sahə arasındakı son dərəcə əlverişli qarşılıqlı əlaqəni öyrənən bir konsepsiyadır. Buraya yalnız tanınmış standartlar deyil, həm də sahibinin özünün fərdi xüsusiyyətlərinə təsir edən amillər daxildir.

Mətbəxdə nə qədər vaxt keçirməyi planlaşdırdığınızı, bir masaya neçə adamı toplaya biləcəyinizi, hansı məişət texnikası xoşladığınızı və fikrinizcə həmin texnikanın harada yerləşdirməli olduğunuzu düşünün. Həm də – süfrənizdə hansı yeməklərin tez-tez olacağını unutmayın.

Bütün bu suallara cavab tapandan sonra kompüter arxasında rahat oturun dünyanda olan çeşidlər arasından sizin üçün ən rahat və yeməkdən zövq ala biləcəyiniz qabları seçin.

Məkanınıza nə qədər mətbəx qabının uyğun olacağını düşünün. Bu əhəmiyyətli bir rol oynayacaq, çünki dadlı yemək hazırlamaq üçün lazım olan hər şey həmişə əlinizin altında olmalıdır

İndi isə iş bölgəsinin ən vacib üçlüyünə keçirik. Yəqin ki, bunun soyuducu – əl-üz yuyan – qaz plitəsi olduğunu anladınız.

Nəyə görə həmişə bu üçlük vurğulanır?

Cavab olduqca sadədir. Axı, bu zonada səhər, nahar və şam yeməyi hazırlayarkən sizə heç bir şey mane olmamalıdır.  Xüsusilə əlinizdə soyuq silahınız varsa ;)

İndi isə siz nə istədiyinizi dəqiq bilirsiniz və xəyallarınızın gerçəkləşməyi üçün, kimə müraciət etməyiniz aydındır!

179
1