Şirkətdən kənarda şirkət

COVID-19 –  və ya hamının tanıdığı koronavirus – sizinlə bizim şirkətdən tutmuş qlobal iqtisadiyyatda baş verən hadisələrin əsas günahkarlarından biridir.

Düzünü deyək, adi ofis rejimi ilə vidalaşmaq çox çətin idi.

Bir anlıq təsəvvür edin ki, bir həmkarımızın otağına daxil olub mövcud layihə ilə bağlı bir-iki sual verə bilməyəcəyik, gələcək bir tədbirin hazırlığında iştirak edə bilməyəcəyik, ələxsus da səs-küylü, canlı və inanılmaz dərəcədə sərin keçən iclaslarımızdan kənarda qalacağıq.

Bütün ofis ləvazimatlarımızı filmlərdəki kimi bir karton qutuda toplayaraq ofisdən çıxdıq və naməlum bir istiqamətə yönəldik. Biz yalnız bir şeyin müqəddəs olduğunu bilirdik – hər hansı bir böhran, ilk növbədə onu görməyimizi tələb edən yeni imkanlardır!

Beləliklə hər kəs üçün əlverişli bir kommunikasiya qurduq.

Kim bilirdi ki, biz bütün arxivlərimizi səliqəli şəkildə yerbəyer etmək və gələcək tədbirlərimiz üçün yeni ideya və əyləncə proqramlarını yaratmaq kimi bir fürsəti əldə edə biləcəyik. Yeni trendləri, formatları, onların universallıq və müxtəlifliyini özümüz üçün yenidən kəşf etdik!

Bir çox insanlar tədbirlərin təşkilinin bazarda ən asan iş olduğuna inanırlar.

Ancaq bu tamamilə yanlış bir fikirdir!

Avqust ayını sizi bu yanlış fikirlərdən geri döndərəcəyimizi özümüzə hədəf qoyduq və bunun üçün də Amapola-nın daxilindəki aləmin fasiləsiz ritmini ortaya qoymağa qərar verdik!

Məhz bu ay biz event-şirkətimizin daxili aləmini sizin qarşınıza çıxarıb, böyük tədbirlərin təşkilində bu ağır işin necə qurulduğunu hər tərəfdən – müştəri ilə telefon danışığından başlayaraq onun icrası ilə başa çataraq –  sizə göstərəcəyik.

Əhəmiyyətli gününüzün xüsusi və bənzərsiz olmasını istəyəndə… İşinizi qaldırmaq lazım olduqda… Haradan başlayıb və prosesi aparmağı bilmirsinizsə  və bunu necə edəcəyinizi düşünəndə bilin ki, sizin hər bir sualınızın cavabını biz artıq tapmışıq!

Amapola canlı bir orqanizmdir!

» Marketinqdə dərin araşdırma aparmalısınız ki, görmə qabiliyyətinizi qonaqlarınızın və ya müştərilərinizin istək və üstünlüklərini həqiqətən dərk etməyə yönəldə biləsiniz.

» Analitik iş və hər hansı bir seqmentin düzgün yerləşdirilməsini qurun ki, nə ehtiyacınız olduğunu öz gözlərinizlə görəsiniz, eyni zamanda bunun bir sıra səbəblərini də biləsiniz.

» Dizayn tendensiyaları, onların yaradılması, cəsarətli qərarlar və yeni texnologiyaların kəşfi, zamanla ayaqlaşmaq və hətta bundan da qabaqda qalmaq üçün!

» Rəssam tərəfindən kətana, sonra da rahatlığınız üçün VR-ə köçürülmüş unikal fikirlər!

» Ən yaxşı podratçılarla danışıqlar, rahat onlayn mənbələrin inkişafı. Bütün bunlar və gələcək daha maraqlı şeylər!

Bu Avqust sizin haqqınızdır!  Hər şeyin necə işlədiyini bilməlisiniz!

Niyə sözlər?  Xəbərləri izləyin və tezliklə hər şeyi özünüz görəcəksiniz!  ;)

1138
1