Kinoteatr – tədbirlərin təşkilinin dizayn hissəsininimkanlarını genişləndirən bir sahədir. Bu marketinqdə öz əksini necə tapır.

Heç kimə sirr deyil ki, ilk kinoteatr 1890-cı illərin sonunda, kinematoqrafiyanın özünün yarandığı bir zamanda meydana çıxıb. Sözsüz  ki, insanlarlarla birlikdə ekran qarşısında əyləşib filmləri izləmək və orada baş verən hadisələrin atmosferinə dalmaq çox maraqlı oldu.

Şübhəsiz hər birimiz heç olmasa bir dəfə kinoteatrda olmuşuq və baxdığımız filmin təsir qüvvəsini hiss etmişik. Sadəcə yadınıza salın ki, biz yeni çıxan filmi və ya  kino qəhrəmanlarını  müzakirə etmək üçün  yaxşı bir həm söhbət tapanda  necə sevinirik.

Bu təbiidir!

Axı əbəs yerə deyildir ki, yeni-yeni texnologiyalar zəngin, parlaq rənglər və  güclü səs effekti yaradaraq ekranda baş verənləri böyük ustalıqla canlandırır,  bununla da bizi ildən-ilə kino dünyasına daha çox yaxınlaşdırır.

Əlbəttə ki, ən maraqlısı hələ qabaqdadır, çünki texnologiyalar bir yerdə dayanmır , sürətlə inkişaf edərək həyatımızın bir hissəsinə çevrilirlər.

İndi sizdə yəqin ki, belə bir sual yaranacaq . Bəs kino ilə tədbirlərin təşkili arasında  olan əlaqə nədən ibarətdir?

Sizin üçün kiçicik bir sirr açaq;)

Kinoteatr – reklam imkanları üçün çox əlverişli birsahədir!

Bəli, bəli, həm də yalnız filmlərin reklamları üçün deyil, hər zaman ziyarətçiləri cəlb etmək, təəccübləndirmək və əyləndirmək məqsədilə istifadə edilən bir istirahət zonasıdır.

“ Biz hər şeyi ən incə detallara qədər düşünmüşük! Rahat kürsülər və masalar  popkorn barın ətrafında yerləşdirilib ” – deyə rəhbərlik bildirir.

Marketinq şöbəsi elan edir: “Bir reklamı işə saldıq”

Ev işçisi söyləyir: “Biz hər zaman səliqəyə və təmizliyə riayət edirik!”

Bəlkə 21-ci əsr deyil, məsələn, 17-ci əsr olsaydı budeyilənlər kifayət edərdi;)

Bu gün isə insanları cəlb edib öz arxanca aparmaq üçün, hətta daimi ziyarətçilərin, qonaqların üstündən ötüb keçdiyi adi  məqamları  belə nəzərə alıb hər şeyi xırdalığına qədər düşünmək lazımdır.

Məhz belə vacib məsələlər üçün kino zallarının  sahibləri tədbirlərin təşkili şirkətinə müraciət edirlər.

Biz nə təklif edə bilərik?

Düzünü desək, bəzən heç özümüz gözümüzün önündə canlanan xəyallarımızla ayaqlaşa  bilmirik və bu səbəbdən onları mümkün qədər tez mövcud həqiqətlərə uyğunlaşdırmağa çalışırıq.

Novruzda bahar fotovolu, Kosadan ən tələbkar və ən kiçikyaşlı müştərilər üçün möcüzəli nağıllar, zərif xanımların hər zaman arzuladıqları gül-çiçək fotovolu və hətta macəra sevərlər üçün  bir qədər qorxulu, həyəcanlı, əyləncəli Hellouin fotovolu…

Məşhur personajları animatorlar və peşəkar aktyorların simasında canlandırmaq, atmosfer və duyğular yaratmaq – uzun müddət izləyicilərin xatırələrində qalır.

Digər reklam texnologiyalarından fərqli olaraq bu şirkətdə  təqdim olunan məlumatlar reklam yaradıcılarına olan inamın nəticəsində baş tutduğundan  daha təsirli olur. Məhz bu səbəbdən məhsul və xidmətlərin öndə olmasına xidmət edən bu istiqamətə laqeydlik göstərmək  çox əsassız bir yanaşma olar.

Siz sadəcə təsəvvür edin ki, Google, youtube, facebook və netflix kimi nəhənglər  büdcəsinin təxminən 60% -ni müxtəlif reklamlara xərcləyirlər. Bu onların çox güclü cəhətidir, çünki insanların şüuraltına təsir edərək, onlarda istədiklərini əldə etmək üçün güclü emosiya yaratmağı bacarırlar.

Nəticədə  onu da deyə bilərik ki, reklam  sayından  asılı olmayaraq,  hər hansı bir real müştəri ilə birbaşa əlaqə həqiqətən də izləyicinin marağına səbəb olur və alış qərarlarında ən təsirli vasitə olaraq qalır.

Bütün bunlar və hələ demədiyimiz bir çox şeylər – kinoteatrla bərabər  istənilən hər hansı bir markanı tanıtmaq üçün əla marketinq strategiyasıdır.

Yeri gəlmişkən söyləyək ki,  bir xırda detala da  diqqət yetirmişik – insanlar müşahidə etməyi, izləməyi sevirlər…

Biz isə – həyata keçirməyi! ;)

https://youtu.be/2sosEJ9Ulcs

945
1