Müasir dəbli tədbirlər . Dəblə necə ayaqlaşmaq olar.

Tədbirlərin təşkili şirkəti fəaliyyətdə olduğu müddət ərzində tanınmış bir sıra sənaye və  markaların   layihələrinin hazırlanmasında böyük uğurlar qazanmışdır. Lakin, buna baxmayaraq, biz özümüzü əlimizdə olanlarla məhdudlaşdıra bilmərik.

Bu gün  biz dəbə olan münasibətimiz haqqında danışacaq və bir tədbir şirkəti baxımından  bu sözün mahiyyətini açmağa çalışacağıq.

Əvvəlcə bir suala cavab verək: görəsən  insanlar niyə hansı şəkildə olursa olsun dəbə meyllidirlər? Və buna cavab vermək üçün ən əlçatan bir vasitədən – reklamdan danışmağa başlayaq.

Bəziləri reklam – ticarətin aparıcı qüvvəsidir  söyləyir; kimsə bunun marka yaratmaq üçün bir təkan olduğunu düşünür, amma bizim fikrimizcə reklam təkcə  rahat və faydalı bir şey yaratmaq üçün təkan deyil.

Deyə bilərik ki, , hər hansı bir   keyfiyyətli məhsulun yaxşı bir reklamı üçün tələbat yaranır ki, bunu da  biz dəb adlandıra bilərik!

Ətrafdakılar tez-tez “dəb tələb edir” ifadəsini işlədirlər,  amma heç düşünmürlər ki dəb, həm də, hər hansı bir xidmətin səviyyəsinin yüksəlməyinə kömək edir.

Və  əgər deyirlərsə “nə qədər insan var, bir o qədər də fərqli fikir mövcuddur” , dəb haqqında yalnız bir şeyi söyləmək olar – fikirlər kimi bütün dəb üslubları və  tərzləri də  dəyişir, amma  dəb özü davamlı bir prosesdir. Bir halda ki,  daima davam edən prosesdir, deməli insanlar  həmişə dəbdə nəyisə xüsusilə qeyd edib  dəyərləndirirlər.

Bəs görəsən insanları hər zaman dəbə üz tutub onda nəyisə dəyərləndirməyə nə məcbur edir?

Nəhayət ki, biz  dəbdə  hər zaman mövcud olan ən azı dörd dəyərin olduğu qənaətinə gəldik.

Birinci növbədə bu –  müasirlik, ikincisi – çox yönümlülük, üçüncüsü, – nümayişkaranəlik və nəhayət  dördüncüsü – oyundur.

Eynilə şirkətimizdə  olduğu kimi. Biz velosiped kəşfi ilə məşğul olmuruq. Biz dəbin tələblərinə əməl edərək müştərilərimizə göstəririk ki, dəblə istənilən istiqamətə üz tutub,  hətta yad bir mühitdə bütün stereotipləri qıraraq hərəkət etmək  mümkündür.

Dəb daim davam edən bir incəsənət sahəsidir.  Və qeyd etmək lazımdır ki, o, təkcə rahatlıq və komfort yaratmır, həm də ümumilikdə  bizi əhatə edən mühitə xidmət edir. Dəbli hesab etdiyimiz məhz elə budur!

İndi isə sizə “Dəb” sözündən  uzaq düşməmək üçün bir neçə sirr açacağıq.

Axı hər hansı bir hadisəni  –  fərqi yoxdur, istər konfrans, istər konsert, istərsə də futbol çempionatı olsun,  ətraf mühitə uyğun və  məsuliyyətli etmək mümkündür.

Beləliklə, başlayaq:

  • Hər dəfə işləndikdən  sonra  sökülüb  səliqə ilə qatlanaraq yenidən istifadə üçün  saxlanıla bilən bir dekorasiya düşünün. Və ya, təkrar emal edilə bilən dizayn elementlərini seçib tədbirdən sonra tullantı kağız və plastik toplama məntəqəsinə təhvil verə bilərsiniz.
  • Kağızlardan azad olun, nömrələrə keçin
  • Biz Rəqəmsal texnologiyalar dövründə yaşayırıq və artıq  bir çox sahələrdə kağız medianı tərk etmişik. Lakin, siz hələ də kiçik qeyd dəftərçəsi olmadan hərəkət edə bilmirsinizsə, onda seçiminizin ətraf mühitə uyğun təbii şəraitdə  olmasına çalışın.
  • Sosial şəbəkələrə  keçin. Vizit kartları ilə sağollaşın!
  • Zibilləri minimum həddə endirin!
  • Bu sahədə qonaqlarınıza da kömək edin. Məsələn, yeməkxana sahələrində əlavə qablaşdırmaya ehtiyacı olmayan məhsullardan istifadə edin, çay və qəhvəni isə daimi istifadə üçün nəzərdə tutulan   qablarda içə bilərsiniz. Üstəlik onu da qeyd edək ki, bu estetik baxımdan  daha gözəl və  təbii görünür. Yox əgər, bununla bərabər,  zibildlərdən tam azad ola bilmirsinizsə, onda  xüsusi zibil qablarından istifadə edin. ;)
  • Ekoloji təmiz hədiyyələr seçin!
  • Bəli, bəli! Onlar ekoloji cəhətdən tam təmiz və çoxfunksiyalı hədiyyələr olaraq insanlara  həm sevinc gətirər, həm də hadisələrin gözəl xatirə yaddaşına çevrilər! Plastik torbaları yenidən istifadə edilə bilən markalı  şoperlərlə və ya sonradan başqa məqsədlər üçün də  istifadə edilə bilən qutularla əvəz edin.
  • Ümumiyyətlə,  elə hədiyyələr bağışlayın ki,  onlar həm faydalı, həm də ürəyəyatan olsun!
  • Qonaqlarınıza xeyirxah işlər görməkdə yardımçı olun! Məsələn, hər hansı bir tədbirdə iştirak etmək istəyənlərə biletləri öz dəyərindən bir qədər baha qiymətə satmaqla, əldə olunan  gəliri dəstəkləmək istədiyiniz hər hansı bir xeyriyyə fonduna köçürə bilərsiniz.
  • Təkcə möhtəşəm layihələri deyil,  onların hazırlanmasına sərf etdiyiniz sevginizi də hədiyyə etməyi bacarın! Necə ki biz bunu edirik!

Sonda bir şeyi əlavə etmək istərdik:

Dəb – bizim üçün zamanla ayaqlaşmaq və daim  həyəcanlı anlar yaşamaqdır!

Georq  Vilhelm Fridrix Hegelin dediyi kimi –  “Dəbə uymaq axmaqlıqdır, geridə qalmaq isə gülünc”!

 

 

 

1293
1