Biraz “SENSUM” haqda.

Qısaca əsas fikir barədə.

 

SENSUM by Amapola  2020-ci ildə təsis olunub.

Biz özəl şənliklərdən tutmuş rəsmi mərasimlərə və dünya konqreslərinə qədər bütün növ tədbirlərin peşəkar təşkilatçısı olan Amapola Exclusive Events tərəfindən yaradılmış brendik.

SENSUM – müştəriyə yeni yanaşmaya və adi şeylərin yeni qavrayışına əsaslanan brenddir.  Biz sizə hisslərinizi və emosiyalarınızı oyatmaq ideyası ilə birləşən bir neçə seqment sahəsində xidmətlər təqdim edirik.

SENSUM — məhsul deyil !  SENSUM – hər seqmentdə ifadə olunan böyük hisslər axınıdır.

 

Xidmətlərimizin əhatə dairəsinə  aşağıdakı sahələrin peşəkar xidmətləri daxildir:

 

Qəhvə Sensum.coffee

Qəhvəylə dolu hər bir fincanın öz tarixçəsi olur… Qəhvə dənələrinin qovrulmadan başlanaraq istifadə üçün yararlı sayılan yüksək keyfiyyətli məhsula çevrilməsinə qədər istehsalı. Hazır qərar təklifi və peşəkar qəhvə avadanlığının satışı.

Biz təkrarolunmaz dadın sehrini yaradırıq!

 

Floristika Sensum.floristry

Biz bütün çiçəklərin xüsusiyyətlərini və mənalarını özündə əks etdirən ensiklopediyanı yaradaraq yeni floristik dünyaya qapılar açırıq.

Hər bir müştərinin xarakterik xüsusiyyətlərini nəzərə alaraq canlı eksklüziv kompozisiyaların və herbariumun həyata keçirilməsi.  Dibçək və süni bitkilərlə məkan bəzəyi . Landşaft dizaynı, o cümlədən bağçılıq və dizaynın inkişaf prosesi. Fərdi kurator xidmətlərini nəzərə alan yüksək keyfiyyətli xidmət.

Yeniliklər və sürətli dəyişikliklər dünyasında fərqli olmaq  imkanı zərurətə çevrilib və biz müəllif fərdiliyini necə vurğulamaq lazım olduğunu dəqiq bilirik !

Biz sizin daxili dünyanızı canlandırırıq!

SENSUM FLORISTRY — Daha geniş anlayışdır!

 

Foto  Аrt  Sensum.photoart

SENSUM  komandası xüsusi bir şey yaradıb! Bizim Art studiyamız sizə ən cəsarətli fantaziyalarınızı həyata keçirməyə və real emosiyalardan ilhamlanaraq unudulmaz xatirələr yaşamağa kömək edəcək.

Tematik fotolayihələrdə iştirak, əhəmiyyətli detallarla tamamlanan heyrətamiz təsvirlərin yaradılması sənəti ilə əlaqə saxlamağa imkan verir.

Studiyamızın qapıları,  təxəyyülündən kənara çıxan hər kəsin qeyri-adi fraqmentlərlə çəkilmiş hekayələr dünyasına   qərq olması  üçün  açıqdır.

 

Tədbirlər Sensum.events

Əlamətdar tədbirlərin təşkilinə fərdi yanaşma asan məsələ deyil, lakin komandamız çətinliklərdən çəkinmir.

Biz nəinki inanılmaz ideyalar həyata keçiririk, həm də sonsuz təsəvvür imkanları ilə birləşən bilik və təcrübəmizə əsaslanaraq bütün gözləntiləri üstələyirik. Əgər sən qonaqlarında və ya biznes tərəfdaşlarında xoş təəssürat yaratmaq istəyirsənsə, onların hər birinin istəyini ayrılıqda nəzərə alaraq bizə etibar et və arzunun həyata keçirilməsində əhəmiyyətli fərqi yaşa.

Zövqlü əyləncə əsil həzz bilicilərinə aiddir. Biz unudulmaz xatirələr, güclü emosiyalar bəxş edərək, müxtəlif yaradıcı layihələr həyata keçirir, o cümlədən festivallar, geyim nümayişləri və ustad dərsləri də təşkil edirik.

Dünyanı hərtərəfli dərk et və təəccübləndirməyi bacaranlara ilham mənbəyi ol !

SENSUM – la bayram ab-havasına tam qərq olma hissini yaşa !

 

Təhsil   Sensum.education

Biz incəsənət,  qəhvə sənayesi, floristika, turizm və tədbirlərin təşkili sahəsində mütəxəssislərin bacarıq və peşə vərdişlərinin artırılması üçün kurslar təşkil edirik. Müxtəlif fəaliyyət sahələrindən olan tanınmış ekspertlər və biliklərini bölüşməyə hazır olan səriştəli məsləhətçilər sizə,  səmərəli nəticələr əldə etmək üçün lazım olan bütün iş incəliklərini öyrədəcəklər. Təlim proqramı özünü və şəxsi keyfiyyətlərini inkişaf etdirməkdə maraqlı olan hər kəsin potensialını açmağa və bacarıqlarını təkmilləşdirməyə kömək edir.

Həyat enerjinizi düzgün idarə etməyi mütləq öyrənməlisiniz. Enerji və intellektual qabiliyyətlərin artırılması kursları sizə lazımi resurslardan istifadə etməyə mane olan daxili münaqişələrin öhdəsindən gəlməyə kömək edəcək. Tam və dolğun şəxsi inkişaf İQ və emosiyaların düzgün nisbətini nəzərdə tutur, dünyanı və öz taleyini dərk etmək üçün yeni üfüqlər açır.

Biz sizə potensialı üzə çıxaran və  ağılla hisslərin  harmoniyasını tapmağa kömək edən mükəmməl bir metodologiya təqdim edirik.

Bilik (IQ), enerji  (VQ) və emosiyalar  (EQ) – dəyişikliklərə açılaraq   özünü yenidən dərk etmək arzusu  ilə başlanan  uğurun mühüm komponentləridir.

 

5788
3