Dövlət tədbirlərinin təşkilində kreativlik. Asandır yoxsa çətin?

Əvvəlki məqaləmizdə sizə hər hansı bir layihənin qurulma sxemindən danışmışdıq.

Bu gün isə biz sizə dövlət layihələrinin müəyyən təlimatlara əsaslanan kreativliyindən geniş şəkildə söhbət açacağıq.

Hər hansı bir tədbir təşkilatçısı müştərini təəccübləndirməyə çalışaraq, ona ən maraqlı hadisəni müxtəlif üsullarla və qeyri-adi həll yolu ilə təqdimetməyə çalışır.

Nəzəri cəhətdən götürsək, əlbəttə ki, hər şey olduqca sadə görünür – düşündülər, icad etdilər və tətbiq edərək həyata keçirdilər.
Ancaq əslində hər şey daha çətin və qəlizdir.

Əvvəla, qeyd edək ki, möhtəşəm bir layihə yaratmaq üçün əvvəlcə ciddi hazırlıq işləri görülməlidi. Axı kreativlik yalnız kollektiv düşüncə deyil, həm də bir problemi əvvəlcədən modelləşdirmək və bir şeyyaratmazdan əvvəl zəngin təcrübə sayəsində bənzərsizhəllər tapmaq bacarığıdır.

Burada bir həqiqəti xatırlamaq vacibdir – plan bütün təfərrüatı ilə qurulsa belə, tıxaclar, insan faktorları vəfors-major halları kimi maneələr heç vaxt istisna edilə bilməz.
Şübhəsiz ki, mövcud olan bu problemlərin qarşısını almağa şirkətin tələbkar rəhbərliyi kömək edir. Bəli, məhz bütün fikir və təklifləri incəliyinə qədər diqqətlə analiz edib özü üçün “Plan X” hazırlayan tələbkar bir rəhbərlik!

Ona görə də ideyanın çox səmərəli qurulması işin vaxtı və paylanması kontekstində səriştəli şəkildə həyata keçirilməlidir. (Və xatırladığımız kimi qeyd edək ki,hər hansı bir tədbir xırdalıqlardan, kiçik şeylərdənibarət olur)

Soruşa bilərsiniz – bəs kreativ fikirlər necə yaranır?

Buna yalnız şirkətin bütün əməkdaşlarını geniş bir müzakirə masasına cəlb etməklə nail olmaq olur.

Hər kəs beynində artıq mövcud olan hazır ideya və düşüncələri ilə gəlir, təkliflərinin tənqid və müzakirə olunması üçün lövhəyə göndərir.
Bu o deməkdir ki, ən çətin görünən məsələləri biz yalnız birlikdə – kollektiv olaraq həll edə bilərik.

Bənzərsiz bir şey yaradarkən bizim bütün diqqətimiz, fikir və istəklərimiz daima eyni yerdə cəmlənir və beləliklə də həyatımızın ayrılmaz hissəsi sayılan bir düstura çevrilir.
Kreativlik biliklərimizlə yanaşı olaraq daima inkişaf edərək artır və bununla da belə qənaətə gəlmək olar ki,təcrübəli insanların, yeni ideyaların sayı nə qədər çoxolarsa, qarşımızda bir o qədər də yeni həll yollarıaçılar.

Deyilənə görə ən ağıllı başlar həmişə axına qarşı üzmüşlər. Bunu əlimizdə rəhbər tutsaq ,onda ilk növbədə qarşımızda belə bir sual yaranır – ” Bəs müəyyən edilmiş qaydaları pozmadan onların üstündən necə adlayıb keçmək olar?”
Yeri gəlmişkən qeyd edək ki, bu heç də qanunu pozmaq məqsədini daşıyan bir təklif deyil! ;)

Yəqin ki, hər biriniz yaradıcı dahi insanların məhz sevdikləri işlə məşğul olduqları üçün dahi olduqlarını bilirsiniz.
Bu həqiqətən də belədir!

Bir özünüz düşünün ! Siz hər hansı bir işi böyük həvəsvə məhəbbətlə yerinə yetirməyə çalışsanız daxilinizdə yaranan kreativ axının qarşısını heç cür ala bilməyəcəksiniz, bütün günü düşünəcəksiniz və bu nəticədə müxtəlif ideyaların meydana çıxmasına səbəb olacaq.

Düzünü desək , bu məqaləni sizin üçün hazırlayarkən, beynimizdə artıq başqa yeni – yeni fikir və ideyalaryarandı. ;)

https://www.youtube.com/watch?v=tMhNICYcXCE

1118
1