Müasir dəbli tədbirlər . Dəblə necə ayaqlaşmaq olar.
Tədbirlərin təşkili şirkəti fəaliyyətdə olduğu müddət ərzində tanınmış bir sıra sənaye və markaların layihələrinin hazırlanmasında böyük uğurlar qazanmışdır. Lakin, buna baxmayaraq, biz özümüzü əlimizdə olanlarla məhdudlaşdıra bilmərik.
Bu gün biz dəbə olan münasibətimiz haqqında danışacaq və bir tədbir şirkəti baxımından bu sözün mahiyyətini açmağa çalışacağıq.
Əvvəlcə bir suala cavab verək: görəsən insanlar niyə hansı şəkildə olursa olsun dəbə meyllidirlər? Və buna cavab vermək üçün ən əlçatan bir vasitədən – reklamdan danışmağa başlayaq.
Bəziləri reklam – ticarətin aparıcı qüvvəsidir söyləyir; kimsə bunun marka yaratmaq üçün bir təkan olduğunu düşünür, amma bizim fikrimizcə reklam təkcə rahat və faydalı bir şey yaratmaq üçün təkan deyil.
Deyə bilərik ki, , hər hansı bir keyfiyyətli məhsulun yaxşı bir reklamı üçün tələbat yaranır ki, bunu da biz dəb adlandıra bilərik!
Ətrafdakılar tez-tez “dəb tələb edir” ifadəsini işlədirlər, amma heç düşünmürlər ki dəb, həm də, hər hansı bir xidmətin səviyyəsinin yüksəlməyinə kömək edir.
Və əgər deyirlərsə “nə qədər insan var, bir o qədər də fərqli fikir mövcuddur” , dəb haqqında yalnız bir şeyi söyləmək olar – fikirlər kimi bütün dəb üslubları və tərzləri də dəyişir, amma dəb özü davamlı bir prosesdir. Bir halda ki, daima davam edən prosesdir, deməli insanlar həmişə dəbdə nəyisə xüsusilə qeyd edib dəyərləndirirlər.
Bəs görəsən insanları hər zaman dəbə üz tutub onda nəyisə dəyərləndirməyə nə məcbur edir?
Nəhayət ki, biz dəbdə hər zaman mövcud olan ən azı dörd dəyərin olduğu qənaətinə gəldik.
Birinci növbədə bu – müasirlik, ikincisi – çox yönümlülük, üçüncüsü, – nümayişkaranəlik və nəhayət dördüncüsü – oyundur.
Eynilə şirkətimizdə olduğu kimi. Biz velosiped kəşfi ilə məşğul olmuruq. Biz dəbin tələblərinə əməl edərək müştərilərimizə göstəririk ki, dəblə istənilən istiqamətə üz tutub, hətta yad bir mühitdə bütün stereotipləri qıraraq hərəkət etmək mümkündür.
Dəb daim davam edən bir incəsənət sahəsidir. Və qeyd etmək lazımdır ki, o, təkcə rahatlıq və komfort yaratmır, həm də ümumilikdə bizi əhatə edən mühitə xidmət edir. Dəbli hesab etdiyimiz məhz elə budur!
İndi isə sizə “Dəb” sözündən uzaq düşməmək üçün bir neçə sirr açacağıq.
Axı hər hansı bir hadisəni – fərqi yoxdur, istər konfrans, istər konsert, istərsə də futbol çempionatı olsun, ətraf mühitə uyğun və məsuliyyətli etmək mümkündür.
Beləliklə, başlayaq:
- Hər dəfə işləndikdən sonra sökülüb səliqə ilə qatlanaraq yenidən istifadə üçün saxlanıla bilən bir dekorasiya düşünün. Və ya, təkrar emal edilə bilən dizayn elementlərini seçib tədbirdən sonra tullantı kağız və plastik toplama məntəqəsinə təhvil verə bilərsiniz.
- Kağızlardan azad olun, nömrələrə keçin
- Biz Rəqəmsal texnologiyalar dövründə yaşayırıq və artıq bir çox sahələrdə kağız medianı tərk etmişik. Lakin, siz hələ də kiçik qeyd dəftərçəsi olmadan hərəkət edə bilmirsinizsə, onda seçiminizin ətraf mühitə uyğun təbii şəraitdə olmasına çalışın.
- Sosial şəbəkələrə keçin. Vizit kartları ilə sağollaşın!
- Zibilləri minimum həddə endirin!
- Bu sahədə qonaqlarınıza da kömək edin. Məsələn, yeməkxana sahələrində əlavə qablaşdırmaya ehtiyacı olmayan məhsullardan istifadə edin, çay və qəhvəni isə daimi istifadə üçün nəzərdə tutulan qablarda içə bilərsiniz. Üstəlik onu da qeyd edək ki, bu estetik baxımdan daha gözəl və təbii görünür. Yox əgər, bununla bərabər, zibildlərdən tam azad ola bilmirsinizsə, onda xüsusi zibil qablarından istifadə edin. ;)
- Ekoloji təmiz hədiyyələr seçin!
- Bəli, bəli! Onlar ekoloji cəhətdən tam təmiz və çoxfunksiyalı hədiyyələr olaraq insanlara həm sevinc gətirər, həm də hadisələrin gözəl xatirə yaddaşına çevrilər! Plastik torbaları yenidən istifadə edilə bilən markalı şoperlərlə və ya sonradan başqa məqsədlər üçün də istifadə edilə bilən qutularla əvəz edin.
- Ümumiyyətlə, elə hədiyyələr bağışlayın ki, onlar həm faydalı, həm də ürəyəyatan olsun!
- Qonaqlarınıza xeyirxah işlər görməkdə yardımçı olun! Məsələn, hər hansı bir tədbirdə iştirak etmək istəyənlərə biletləri öz dəyərindən bir qədər baha qiymətə satmaqla, əldə olunan gəliri dəstəkləmək istədiyiniz hər hansı bir xeyriyyə fonduna köçürə bilərsiniz.
- Təkcə möhtəşəm layihələri deyil, onların hazırlanmasına sərf etdiyiniz sevginizi də hədiyyə etməyi bacarın! Necə ki biz bunu edirik!
Sonda bir şeyi əlavə etmək istərdik:
Dəb – bizim üçün zamanla ayaqlaşmaq və daim həyəcanlı anlar yaşamaqdır!
Georq Vilhelm Fridrix Hegelin dediyi kimi – “Dəbə uymaq axmaqlıqdır, geridə qalmaq isə gülünc”!